Bakı. Günaydın:
Almaniyanın Münhen şəhərində naməlum şəxs idarə etdiyi “Mini Cooper” avtomobilini etiraz aksiyası keçirən nümayişçilərdən ibarət izdihamın üzərinə sürüb.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki , bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
<!—-> <!––>
Məlumata görə, insident nəticəsində azı 15 nəfər yaralanıb. Hadisə yerinə təcili tibbi yardım dəstələri göndərilib.
Qeyd edilir ki, insidentdən əvvəl küçədən atəş səsləri gəlib. Avtomobilin sürücüsü artıq həbs olunub.