Bakı. Günaydın:
Bu ilin yanvar ayında Azərbaycandan Avropaya təxminən 1 milyard kubmetr qaz ixrac olunub.
Trend-in məlumatın görə, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkə hesabında paylaşım edib.
Məlumata görə, ötən ay Türkiyəyə 0,7 milyard kubmetr, Gürcüstana isə 0,3 milyard kubmetr qaz ixrac olunub.
<!—-> <!––>
Həmçinin bu dövrdə TANAP-la Türkiyəyə 0,5 milyard kubmetr qaz nəql edilib.
Qeyd edək ki, ötən ay Azərbaycanda 3,9 milyard kub metr qaz hasil edilib ki, bunun da 2 milyard kub metri ixrac olunub.