Bakı. Günaydın:
İtaliyanın Augusta limanında Azərbaycanın “Azeri Light” markalı
neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə
1,34 ABŞ dolları və ya 1,7% azalaraq 77,64 dollar/barel təşkil
edib.
Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib.
Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri
Light” markalı neftin bir barelinin qiyməti 1,37 dollar və ya 1,76%
ucuzlaşaraq 76,17 dollar təşkil edib.
URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə
müqayisədə 1,09 dollar və ya 1,75% azalaraq 60,91 dollar/barelə
bərabər olub.
<!—->
<!––>
Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin bir
barelinin qiyməti əvvəlki göstəricidən 1,18 dollar və ya 1,53%
azalaraq 75,85 dollar/barel təşkil edib.
Fevralın 13-nə olan rəsmi məzənnə 1,7 AZN/1USD təşkil edir.
Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin
orta qiyməti 70 ABŞ dollarından hesablanıb.