Bakı. Günaydın:
“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin (ASC) balansında olan 8 ədəd köhnə tipli qazanxananın yenidən qurulması və modernizasiya edilməsi nəzərdə tutulur.
Trend-in əldə etdiyi məlumata görə, artıq bununla bağlı hazırlığa başlanılıb.
<!—-> <!––>
Belə ki, ilkin olaraq layihələndirmə işləri həyata keçiriləcək. Daha sonra yenidənqurma işləri start götürəcək.
“Azəristiliktəchizat” ASC sözügedən işlərin icrasına 310,6 min manat vəsaitin sərf olunacağını proqnozlaşdırıb.