Bakı. Günaydın:
İqtisadi siyasətdə şaxələndirmə mühüm yer tutur. Qlobal çağırışlar və regional reallıqlar bu prosesi sürətləndirməyi diktə edir.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Bakıda keçirilən “VERGİ XİDMƏTİ – 25: Davamlı inkişaf və effektiv transformasiya” Forumunda deyib.
<!—-> <!––>
“Uğurlu diversifikasiya investisiya, bilik və bacarıqların çevik inteqrasiyasını tələb edir. Son dövrlərdə bilik, texnologiya və təcrübələrin transformasiyası sahəsində fəaliyyətimizi genişləndirmişik”, – deyə nazir bildirib.
Xəbər yenilənəcək