Bakı. Günaydın:
Şahdəniz qaz-kondensat yatağında 2006-cı ildə kommersiya məqsədilə istismara verildikdən 2024-cü ilin sonunadək hasil edilən qazın həcmi açıqlanıb.
Trend bu barədə bp şirkətinin Azərbaycanda fəaliyyətinə dair ötən ilin nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.
Məlumata görə, 2006-cı ildən ötən ilin sonuna kimi Şahdəniz yatağından 237 milyard kubmetr qaz hasil edilib. Bəhs olunan dövrdə yatağın kondensat hasilatı 49 milyon ton təşkil edib.
<!—-> <!––>
Qeyd edək ki, ötən il Şahdəniz yatağından 28 milyard standart kubmetr qaz hasil edilib. Bu göstərici əvvəlki illə müqayisədə 2 milyard standart kubmetr, yaxud da 7,7% çoxdur. Bununla yanaşı, ötən il Şahdəniz yatağından 4 milyon tondan çox (təqribən 35 milyon barel) kondensat hasil edilib. Bu göstərici illik müqayisədə dəyişməyib. Belə ki, 2023-cü ildə Şahdəniz yatağından ümumilikdə – Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə təqribən 26 milyard standart kubmetr qaz və 4 milyon tondan çox (təqribən 35 milyon barel) kondensat hasil edilib.
Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə təxminən 79 milyon (ildə təqribən 29 milyard) standart kubmetrdir.