Bakı. Günaydın:
Braziliyanın Rio-de-Janeyro şəhərində karnaval kostyumlarının istehsalı fabrikində yanğın baş verib.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
<!—-> <!––>
Məlumata görə, yanğın meydana gələndən sonra binadan qaça bilməyən insanlar ikinci mərtəbədə çıxılmaz vəziyyətdə qalıblar. Hadisə yerinə gələn yanğınsöndürənlər 21 nəfəri xilas edib. Xilas edilən şəxslər xəstəxanaya yerləşdirilib, onlardan 11-nin vəziyyəti ağır qiymətləndirilir.