Bakı. Günaydın:
Norveçin Stortinqi (təkpalatalı Norveç parlamenti- red.) xidməti informasiyaya çıxışı olan bütün cihazlarda Çinin “DeepSeek” süni intellekt botunun bloklanmasını ilə bağlı qərar qəbul edib.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, belə bir qadağa krallığın Milli Təhlükəsizlik İdarəsinin tövsiyələri əsasında qəbul olunub.
<!—-> <!––>
Norveç parlamenti “DeepSeek”in konfidensiallığa, informasiya təhlükəsizliyinə təhdid yarada biləcəyindən, həmçinin dezinformasiya hallarına yol açacağından narahatdır.
Bundan başqa, Stortinq əməkdaşları adi vətəndaşları Çin çat-botundan istifadə edən zaman diqqətli olmağa çağırıb.