Bakı. Günaydın:
Ötən il Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) əməliyyat xərcləri 81 milyon dollar olub.
Trend bu barədə bp şirkətinin Azərbaycanda fəaliyyətinə dair ötən ilin nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.
<!—-> <!––>
Məlumata görə, bu göstərici əvvəlki illə müqayisədə 3,3 milyon dollar və ya 4,2% çoxdur. Bununla yanaşı, ötən il CQBK-nin əsaslı xərclər 20 milyon dollar olub ki, bu da, illik müqayisədə 6,2 milyon dollar və ya 45% çoxdur. Belə ki, 2023-cü ildə CQBK-nin əməliyyat xərcləri 77,7 milyon dollar, əsaslı xərclər isə 13,8 milyon dollar olub.
Qeyd edək ki, CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb. Ötən il ərzində CQBK-nin ixrac üçün gündəlik orta ötürücülük gücü 62,8 milyon kubmetr olub.