Bakı. Günaydın:
Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş Yunanıstanda xüsusi mükafata layiq görülüb.
Trend “A Bola” nəşrinə istinadən xəbər verir ki, 70 yaşlı mütəxəssisə “Əfsanə” mükafatı təqdim olunub.
<!—-> <!––>
Mükafatı Santuşa Yunanıstan millisinin sabiq futbolçusu Demis Nikolaidis təqdim edib.
Fernandu Santuş, həmçinin, daha əvvəl Yunanıstan millisini və ölkənin AEK, “Panatinaikos” və PAOK klublarını çalışdırıb.