Bakı. Günaydın:
34 nömrəli məktəbdə müəllimin şagirdə qarşı uyğunsuz davranışı iddiası ilə bağlı vətəndaş müraciəti edilib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi məlumat verib.
Bildirilib ki, müraciət əsasında həm Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi, həm də hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
<!—-> <!––>
Araşdırmanın nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.
Qeyd edək ki, Gəncə şəhərində yerləşən Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbdə müəllimin 5-ci sinif şagidini döyməsi ilə bağlı mediada xəbərlər yayılıb.