Honor şirkəti keçən ilin dekabr ayında Honor 300 smartfon seriyasını təqdim etmişdi. İndi isə şirkət Honor 400 seriyası üzərində çalışır. Digital Chat Station ləqəbli məşhur insayder Honor 400 barəsində ilk məlumatı təqdim edib. Beləliklə insayderin sözlərinə əsasən Honor 400 smartfonu Snapdragon 7 Gen 3 prosessorunun davamçısı vasitəsilə çalışacaq. Çox güman ki, söhbət, Snapdragon 7 Gen 4 prosessorundan gedir.

Yeni prosessorun dəqiq şəkildə belə adlanacağı bilinmir. Belə ki, Snapdragon 7 Gen 3 prosessorunun davamçısı Snapdragon 7 Elite adını da əldə edə bilər. Gözləntilərə əsasən Honor 400-ün əsas fərlqəndirici özəlliklərindən biri yeni əsas arxa kamera olacaq. Bununla yanaşı Honor 400 seriyasının daha böyük həcmli və güclü batareyaları əldə edəcəyi gözlənilir.
Honor 300 smartfon seriyası bu baxımdan ümidləri o qədər də doğrultmadı. Honor 400 seriyasının nə zaman təqdim ediləcəyi barəsində bir məlumat yoxdur. Lakin Honor 300 seriyasının keçən ilin dekabr ayında təqdim olunduğunu nəzərə alsaq, güman etmək olar ki, Honor 400 seriyası bu ilin ikinci yarısında təqdim olunacaq.
Mənbə: Digital Chat Station