Nothing rəsmi olaraq təsdiqləyib ki, qarşıdan gələn Nothing Phone (3a) smartfon seriyası Snapdragon prosessorları ilə təchiz ediləcək. Bu, əvvəlki Nothing Phone (2a) modellərində istifadə olunmuş MediaTek Dimensity prosessorlarından Snapdragon-a keçidi ifadə edir. Bu barədə Nothing-in baş direktoru Carl Pei bildirib ki, Snapdragon prosessoru vasitəsilə çalışan Nothing Phone (3a) modelinin performansı 25% daha yüksəkdir.

Üstəlik Snapdragon-un neyron çipi isə MediaTek Dimensity 7350 Pro ilə təchiz olunmuş Nothing Phone (2a) Plus ilə müqayisədə 72% daha sürətli olacaq. Hələlik şirkət yeni prosessorun dəqiq texniki xüsusiyyətlərini açıqlamasa da, şayiələrə görə, bu, Snapdragon 7s Gen 3 ola bilər. Nothing Phone (3a) seriyasının təqdimatı 4 mart tarixinə planlaşdırılıb. Gözlənilir ki, şirkət yaxın həftələrdə smartfonun dizaynı və digər xüsusiyyətləri ilə bağlı daha çox məlumat paylaşacaq.
Mənbə: Gadgets360