Bakı. Günaydın:
Ötən il Şahdəniz yatağı üzrə fəaliyyətlərə təxminən 2 milyard 203 milyon dollar əməliyyat xərcləri sərf edilib.
Trend bu barədə bp şirkətinin Azərbaycanda fəaliyyətinə dair ötən ilin nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.
<!—-> <!––>
Məlumata görə, bu göstərici əvvəlki illə müqayisədə 9 milyon dollar və ya 4,6% çoxdur. Bununla yanaşı, ötən il Şahdəniz yatağı üzrə əsaslı xərclər 766 milyon dollar təşkil edib ki, bu da, illik müqayisədə 116 milyon dolları, yaxud da 14,1% azdır.
Belə ki, 2023-cü ildə Şahdəniz yatağı üzrə fəaliyyətlərə 2 milyard 194 milyon dollar əməliyyat xərcləri və 892 milyon dollar əsaslı xərclər çəkilib. Bu xərclərin böyük əksəriyyəti Şahdəniz 2 layihəsinə aid olub.