Bakı. Günaydın:
Ötən il Şahdəniz yatağından 28 milyard standart kubmetr qaz hasil edilib.
Trend bu barədə bp şirkətinin Azərbaycanda fəaliyyətinə dair ötən ilin nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.
<!—-> <!––>
Məlumata görə, bu göstərici əvvəlki illə müqayisədə 2 milyard standart kubmetr, yaxud da 7,7% çoxdur. Bununla yanaşı, ötən il Şahdəniz yatağından 4 milyon tondan çox (təqribən 35 milyon barel) kondensat hasil edilib. Bu göstərici illik müqayisədə dəyişməyib. Belə ki, 2023-cü ildə Şahdəniz yatağından ümumilikdə – Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə təqribən 26 milyard standart kubmetr qaz və 4 milyon tondan çox (təqribən 35 milyon barel) kondensat hasil edilib.
Qeyd edək ki, mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə təxminən 79 milyon (ildə təqribən 29 milyard) standart kubmetrdir.