Bakı. Günaydın:
“Tottenhem” cənubi koreyalı vinger Son Hın Mini komandadan ayırmağı planlaşdırır.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
<!—-> <!––>
Klub rəhbərliyi mövsümün sonunda 32 yaşlı futbolçu üçün gələn təklifləri dəyərləndirəcək. Təcrübəli oyunçunun yeni mövsümə başqa klubda başlayacağı gözlənilir.
Qeyd edək ki, “Tottenhem” Son Hın Mini 2015-ci ilin avqust ayında “Bayer”dən transfer edib. Cənubi Koreya millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 33 rəsmi matçda 10 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimidir.