Bakı. Günaydın:
Tayvanın Tayçunq şəhərində iri molların birində qaz partlayışı nəticəsində azı 5 nəfər həlak olub, 20-dən çox insan yaralanıb.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
<!—-> <!––>
Məlumata görə, partlayış binanın 12-ci mərtəbəsində – tikintinin davam etdiyi sahədə baş verib. “Tayçunq Şin Konq” molunun qida bölməsinin yerləşdiyi 12-ci mərtəbəsi tikinti işləri ilə əlaqədar bağlanmışdı.
Partlayışın aşağı mərtəbələrə də təsir etdiyi bildirilir.