Bakı. Günaydın:
ABŞ administrasiyası Hindistanı F-35 qırıcıları ilə təmin etmək niyyətindədir.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Hindistanın Baş naziri Narendra Modi ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.
<!—-> <!––>
“Bu ildən başlayaraq biz Hindistana silah satışını milyardlarla dollar artırırıq və nəticədə Hindistanı F-35 qırıcısı ilə təmin etmək üçün yol açırıq”, – deyə Tramp bildirib.