Bakı.Trend:
Ukrayna münaqişəsi nizamlanacağı təqdirdə ABŞ və Rusiyanın münasibətlərinə yenidən baxıla bilər.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bunu ABŞ vitse-prezidenti Cey Di Vens bildirib.
Mlumata görə, vitse-prezident Vladimir Putinin “Ukraynanın uzunmüddətli müstəqilliyini dəstəkləyən sülh prosesinə razılaşmayacağı təqdirdə Vaşinqtonun Moskvaya qarşı daha sərt sanksiyalar tətbiq edəcəyi ilə xəbərdar edib.
<!—-> <!––>
Cey Di Vens hərbi müdaxiləni də istisna etməyib.
“İqtisadi təsir rıçaqları olduğu kimi, əlbəttə ki, hərbi təsir rıçaqları da mövcuddur”, – deyə Vens bildirib.