Ağcabədi. Trend:
Ağcabədidə avtomobil yol kənarındakı ağaca çırpılıb.
Trend-in yerli müxbirinin xəbərinə görə, hadisə rayonun Hindarx qəsəbəsi ərazisində baş verib.
Rayon sakini Sadiqov Ramin idarə etdiyi “KİA” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb.
<!—-> <!––>
Nəticədə avtomobildə olan sərnişin rayon sakini 2004-cü il təvəllüdlü Fətəlizadə Vasif ağır xəsarət alıb. Yaralı V.Fətəlizadə təcili tibbi yardım əməkdaşları tərəfindən Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır