Ağdam. Trend:
Ağdamda yük maşını minaya düşüb.
Trend-in yerli müxbiri xəbər verir ki, hadisə rayonun işğaldan azad edilmiş Baş Qərvənd kəndi ərazisində qeydə alınıb.
<!—-> <!––>
Mina partlaması nəticəsində ərazidə işləyən “HOVA” markalı yük maşınına ciddi ziyan dəyib.
Xəsarət alan olmayıb.