Bakı. Günaydın:
Cari ilin yanvar ayında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) gəmiləri ilə 180 506 ton quru yük daşınıb.
Trend bu barədə ASCO-dan məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 120 310 ton və ya 3 dəfə çoxdur. 2024-cü ilin yanvarında ASCO-nun gəmiləri ilə daşınan quru yükün həcmi 60 196 ton olub.
<!—-> <!––>
Bununla yanaşı, tanker daşımalarında da müsbət dinamika müşahidə olunub. Belə ki, ötən ilin yanvarında 328 533 ton yük daşınmışdısa, cari ilin eyni dövründə bu rəqəm 9,38% və ya 30 829 ton artaraq, 359 362 tona çatıb.
!Vaqon daşımalarında isə 2,76%-lik artım baş verib. 2024-cü ilin yanvarında 2 688 vaqon, 2025-ci ilin eyni ayında 2 762 vaqon daşınıb. Yanvarda TIR daşımalarında da nəzərəçarpacaq artım qeydə alınıb. 2024-cü ilin ilk ayında 2 980 TIR daşınmışdısa, 2025-ci ilin yanvarında bu rəqəm 4 139-a çatıb. Nəticədə 38,88%-lik artım olub”, – məlumatda qeyd edilib.