Bakı. Günaydın:
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen yüksək səviyyəli ABŞ rəsmilərinin Avropanın öz təhlükəsizliyinin təmin edilməsində rolu ilə bağlı bəzi şərhlərinə diqqət yetirməyə çağırıb.
Trend-in məlumatına görə, bu barədə Avropa Komissiyası rəhbəri Münhen Təhlükəsizlik Konfransında çıxış edərkən deyib.
<!—-> <!––>
“Hesab edirəm ki, söhbət Avropanın təhlükəsizliyindən gedirsə, Avropa daha çox iş görməlidir. Və buna nail olmaq üçün Avropada müdafiə xərclərini kəskin şəkildə artırmalıyıq”, – deyə o bildirib.
O, Avropa İttifaqının (Aİ) müdafiə xərclərinin 2022-ci ilin fevral ayına qədər olan dövrdə 200 milyard avrodan bir qədər çox artdığını göstərən məlumatlara istinad edərək, keçən il 320 milyard avronu keçib. “Amma bu rəqəmi yenidən xeyli artırmalı olacağıq”, – deyə o bildirib.