Bakı. Günaydın:
Azərbaycan Beynəlxalq Enerji Agentliyi ilə əməkdaşlıq imkanlarını dəyərləndirib.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkə hesabında paylaşım edib.
<!—-> <!––>
“Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Beynəlxalq Enerji Agentliyinin (IEA) İcracı direktoru Fatih Birolla görüşdük.
COP29-un nəticələri, xüsusilə enerji təşəbbüslərinin əhəmiyyəti, eləcə də, qlobal enerji bazarında vəziyyət və Agentliklə əməkdaşlığa dair fikir mübadiləsi apardıq”, – deyə paylaşımda qeyd olunub.