Bakı. Günaydın:
Mərkəzi Bank tərəfindən maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərdə informasiya təhlükəsizliyinin təmin edilməsinə dair tələblər təsdiq edilib. Bu tələblərin digər nəzarət subyektlərində olduğu kimi bank olmayan kredit təşkilatlarına da (BOKT) şamil olunması BOKT-lərin bu sahədə potensialını və məsuliyyətini artıracaqdır.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bunu Mərkəzi Bankın Kredit Təşkilatlarına Nəzarət Departamentinin şöbə rəisi Xəyyam İsmayılov Azərbaycan Maliyyə Forumunda çıxışı zamanı deyib.
<!—-> <!––>
O bildirib ki, BOKT-lər ötən dövrlərdə bu sahəyə o qədər maraq göstərmədiyindən təşkilatların monitorinqi zamanı müəyyən problemlər və boşluqlar müəyyən edilib: “Bu sahədə işlərimizi davam etdiririk və növbəti mərhələdə BOKT-lərdə kənar auditin aparılmasına və korporativ idarəetmənin standartlarına dair tələblər də hazırlanacaqdır”.