Bakı. Günaydın:
Böyük Britaniya Rusiyaya qarşı sanksiyaların siyahısını genişləndirib.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu barədə krallıq hökumətinin rəsmi saytında məlumat dərc olunub.
Siyahıya edilən əlavələr nəticəsində “Berdayuş” qeyri-filiz şirkətinin sahibi Artyom Çayka, Rusiyanın Texniki və İxrac Nəzarəti üzrə Federal Xidmətinin direktoru Vladimir Selin, Rusiya müdafiə nazirinin müavini Pavel Fradkova qarşı sanksiya tətbiq olunub.
<!—-> <!––>
Eyni zamanda, sanksiya siyahısına “Kirov-Enerqomaş” zavodu və “Rosatom Additivnıe Texnologii” şirkəti daxil edilib.
Bundan əvvəl, fevralın 11-də Böyük Britaniya hökuməti kiberməkanda qanunsuz fəaliyyətdə şübhəli bilinən Rusiyadan olan altı vətəndaş və iki təşkilata qarşı sanksiya elan etmişdi.