Bakı. Günaydın:
Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransı çərçivəsində serbiyalı həmkarı Marko Curiç ilə görüşüb.
Trend-i məlumatına görə, bununla bağlı Azərbaycan XİN sosial şəbəkə hesabında paylaşım edib.
Tərəflər Azərbaycan-Serbiya strateji tərəfdaşlığının müxtəlif aspektləri, regional və beynəlxalq formatlarda çoxtərəfli əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.