Bakı. Günaydın:
“Güləbird” kiçik Su Elektrik Stansiyasından indiyədək 69,9 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
Bu barədə Trend-ə Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, ümumi gücü 8 MVt olan basqılı derivasiya tipli stansiyada istismara verildiyi tarixdən 01 fevral tarixinədək 69,9 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
<!—-> <!––>
Qeyd edək ki, kiçik su elektrik stansiyalarında ekoloji cəhətdən təmiz elektrik enerjisi istehsal olunur və ətraf mühitə istixana effekti yaradan qazlar atılmır.
Xatırladaq ki, 4 il əvvəl fevralın 14-də Laçın rayonunda Həkəri çayının üzərində yerləşən “Güləbird” kiçik Su Elektrik Stansiyası bərpadan sonra istifadəyə verilib.