Bakı. Günaydın:
İsrail Milli Təhlükəsizlik Kollecinin nümayəndə heyəti Azərbaycanda səfərdə olub.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfirliyinin “X”dəki paylaşımında bildirilib.
Qeyd edilib ki, səfər İsrail və Azərbaycan arasında getdikcə inkişaf edən tərəfdaşlıq üçün daha bir əlamətdar hadisədir.
“Səfir Corc Dikin vurğuladığı kimi, “Əlaqələrimiz hər sahədə möhkəmlənməkdə davam edir və İMTK-nin Bakıya səfəri hər iki ölkənin bir-birindən qarşılıqlı öyrənməyə marağının artdığını nümayiş etdirir. Səfərin yüksək səviyyəli iştirakçıları regionun geosiyasəti və Azərbaycanın Cənubi Qafqazdakı mühüm rolu ilə tanış oldular. Biz Azərbaycan və İsraildə İMTK və Azərbaycan tərəfdaşları arasında daha çox qarşılıqlı əlaqələri planlaşdırırıq””, – deyə payalaşımda bildirilir.