Bakı. Günaydın:
Milli Gimnastika Arenasında Batut gimnastikası üzrə 9-cu, Tamblinq üzrə 21-ci ölkə çempionatı və Bakı birinciliyi start götürüb.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, 14 və 15 fevral tarixlərində keçirilən arışlarda idmançılar müxtəlif yaş kateqoriyaları üzrə birincilik uğrunda mübarizə aparacaqlar.
<!—-> <!––>
Batut üzrə yarışda idmançılar fərdi və sinxron proqramda kiçiklər (2016-2018), uşaqlar (2013-2015), yeniyetmələr (2011-2012), gənclər (2009-2010) və böyüklər (2008 və daha böyük) yaş kateqoriyaları üzrə çıxış edəcəklər.
Tamblinq üzrə yarışda idmançılar fərdi və sinxron proqramda kiçiklər (2016-2018), uşaqlar (2013-2015), yeniyetmələr (2011-2012), gənclər (2009-2010) və böyüklər (2008 və daha böyük) yaş kateqoriyaları üzrə mübarizə aparacaqlar. Yarışda qaliblər təsnifat mərhələsində 2 çıxışın cəminə əsasən müəyyənləşəcək.