Bakı. Günaydın:
Misli Premyer Liqasında yanvar ayının ən yaxşı qolu müəyyənləşib.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu barədə PFL-in saytı məlumat yayıb.
<!—-> <!––>
Ayın ən yaxşısı “Kəpəz”in futbolçusu Turan Manafovun 19-cu turda “Turan Tovuz”un qapısına vurduğu ilk qol olub.
Münsiflər heyətinin 11 üzvündən 4-ü Turan Manafova səs verib. 26 yaşlı müdafiəçinin ən yaxın izləyiciləri isə bu ay “Turan Tovuz”dan ayrılan Otto Con və “Zirə”nin futbolçusu Ruan Renato olub – hərəyə 3 səs.