Bakı. Günaydın:
Fevralın 12-dək Mərkəzi Seçki Komissiyasına ümumilikdə 43 müraciət daxil olub.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov qurumun 2025-ci il yanvarın 29-da keçirilən bələdiyyə seçkilərinin yekunlarına həsr olunan iclasında çıxışı zamanı deyib.
MSK sədri vurğulayıb ki, onların hamısına baxılıb.
<!—-> <!––>
“1-2 ərizəçi tərəfindən məhkəməyə apellyasiya şikayəti verilib.
Onların da hamısı həll edilib. Biz məhkəmələrdən də dəqiqləşdirmişik, hazırda heç bir müraciət, şikayət yoxdur”, – M.Pənahov qeyd edib.