Bakı.Trend:
Ötən il Şahdağ Turizm Mərkəzində xizəkçi və piyada qismində turistik xidmətlərdən istifadə edən qonaqların ümumi sayı 278 min 955 nəfərə olub.
Trend bu barədə Dövlət Turizm Agentliydən məlumat əldə edib.
<!—-> <!––>
Məlumata görə, ötən ilin yay mövsümü üzrə əyləncə xidmətlərinin sayı artaraq 36-ya çatdırılıb. Hesabat ilinin 4-cü rübündə qış mövsümü çərçivəsində yeni 2 növ fəaliyyət əlavə olunmaqla, ümumilikdə, 38 adda əyləncə xidməti qonaqların istifadəsinə verilib.
“Ümumilikdə, 3.8 km uzunluğunda olan iki xizək enişinin tikintisi yekunlaşaraq istismara verilib. Bundan əlavə, uzunluğu 1 800 metr olan və müxtəlif beynəlxalq xizək yarışlarının keçirilməsi üçün nəzərdə tutulan xüsusi yeni yamac istifadəyə verilib”, – deyə məlumatda qeyd edilib.