Bakı. Günaydın:
Ötən il vətəndaşlar tərəfindən televiziyada yayımlanan proqramlarla bağlı Audiovizual Şuraya 124 müraciət daxil olub, onlardan 85-i tam cavablandırılıb.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bunu Audiovizual Şuranın sədri İsmət Səttarov bu gün jurnalistlər üçün keçirilən brifinqdə deyib.
<!—-> <!––>
O bildirib ki, vətəndaşların şikayətləri müvafiq olaraq yayımçılara yönləndirilib.
“Üç şikayətlə bağlı hüquqi tədbir görülüb və kanallara sanksiya tətbiq edilib. Beş şikayətlə bağlı isə kanallara tövsiyə verilib”, – deyə o əlavə edib.