Bakı. Günaydın:
ABŞ prezidenti Donald Tramp Ukraynadakı böhranın uzunmüddətli həllinə nail olmağa çalışır ki, münaqişə bir neçə ildən sonra yenidən alovlanmasın.
Trend-in məlumatına görə, bu barədə ABŞ vitse-prezidenti Cey Di Vens bildirib.
“Prezident Trampın da qeyd etdiyi kimi, əsas məqsəd budur: Biz müharibənin bitməsini, qətllərin dayandırılmasını istəyirik”, – deyə o, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Vladimir Zelenski ilə görüşü zamanı bildirib.
<!—-> <!––>
“Amma biz bir-iki ildən sonra Şərqi Avropada münaqişəyə səbəb olacaq sülhə deyil, davamlı, uzunmüddətli sülhə nail olmaq istəyirik”, – deyə vitse-prezidenti əlavə edib.
Vitse-prezident münaqişənin həlli üçün danışıqlara ehtiyac olduğunu da qeyd edib.