14 fevral 2005-ci ildə internet sonsuzadək dəyişdi. Məhz bu tarixdə Google videohostinq platforması YouTube-u istifadəyə verdi. Şirkətin haqlı olaraq qeyd etdiyi kimi, YouTube “mədəniyyətin episentri”nə çevrildi. YouTube həqiqətən də insan həyatını dəyişdi. İstənilən mövzuda sonsuz maraqlı kontent təqdim edərək televiziya və qəzetlərin populyarlığını azaltdı və rəqəmsal dövrdə informasiya istehlakını tamamilə yeni bir mərhələyə çıxardı.
20 il ərzində YouTube, mədəniyyəti videolar vasitəsilə dəyişdirdi və inkişaf edən bir yaradıcı iqtisadiyyat formalaşdırdı. Bu gün kontent yaradıcıları özləri haqqında keyfiyyətsiz, pikselli videolar çəkməkdən studiyalar qurmağa, məşhur tok-şoular və tammetrajlı filmlər istehsal etməyə qədər böyük bir təkamül keçiblər. YouTube qiymətli bir informasiya mənbəyidir – burada xəbərlər, icmallar, analitik materiallar, reseptlər, əyləncəli kontentlər, spesifik sahələrə aid tövsiyələr və təkliflər tapmaq mümkündür.
Və, əlbəttə ki, müasir interneti onsuz təsəvvür etmək çətin olan milyonlarla pişik videosu da YouTube-un ayrılmaz hissəsidir. Maraqlıdır ki, YouTube-da yayımlanan ilk video pişiklər haqqında deyil, fillər haqqında idi və 24 aprel 2005-ci ildə paylaşılmışdı. “Me at the zoo” (“Mən zooparkdayam“) adlı bu videonu jawed ləqəbli istifadəçi yükləmişdi. Qeyd etmək lazımdır ki, bu tarixi videonun 348 milyon baxış sayı və təxminən 10.4 milyon şərhi var.
Mənbə: YouTube