Bakı. Günaydın:
Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətindəki Hemer şəhərində avtobusun bir neçə avtomobillə toqquşması nəticəsində azı 13 nəfər xəsarət alıb.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu barədə “Der Spiegel” jurnalı məlumat yayıb.
<!—-> <!––>
Hadisə səhər saatlarında şəhərin mərkəzində baş verib. Naməlum səbəblərdən avtobus yoldan çıxaraq dayanmış bir neçə avtomobilə və ağaca çırpılıb, sonra isə digər avtomobillərlə toqquşub. Nəticədə 13 nəfər yaralanıb, onlardan 10-u ağır vəziyyətdədir. Xilasedici helikopterlər iki qurbanı qonşu şəhərlərdəki xəstəxanalara çatdırıb.
Əlavə olaraq, 8 nəfər ağır xəsarətlərlə yaxınlıqdakı xəstəxanalara təxliyə edilib. Həlak olanlar arasında iki uşaq və bir yeniyetmə də yer alır. Jurnalda bildirilir ki, sürücünün vəziyyəti kritikdir. Polis qəzanın səbəblərini araşdırmağa başlayıb.