Bakı. Günaydın:
Türkiyənin Nevşehir şəhərində keçirilən “WTT Youth Contender” turnirinə yekun vurulub.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, yarışın son günündə Azərbaycan yığması daha bir medal qazanıb. U-15 kateqoriyasının şəxsi turnirində mübarizə aparan Onur Quluzadə bürünc medala sahib olub. O, yarımfinalda Türkiyə təmsilçisi Kenan Kahramana 2:3 hesabı ilə məğlub olub.
<!—-> <!––>
Qeyd edək ki, Onur Quluzadə turnirin U-17 kateqoriyasında da dördüncü yeri tutub. Qarışıq-qoşa yarışında isə Onur Quluzadə və Yağmur Məmmədli U-15 kateqoriyasında çempion adını qazanıblar.