Bakı. Günaydın:
Bakıda təşkil olunan cüdo üzrə “Böyük Dəbilqə”nin ikinci gününə yekun vurulub.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, daha 4 çəkidə medalçılar bəlli olub.
<!—-> <!––>
Azərbaycan yığması turnirdə ilk qızıl medalını qazanıb. 81 kq çəkidə Zelim Tçkayev fəxri kürsünün ən yüksək pilləsində yer alıb.
Bu gün daha iki qızıl medal qazanan Yaponiya yığması yüksək əyarlı medallarının sayını 6-ya yüksəldib. “Böyük Dəbilqə”də qızıl sevincini yaşayan üçüncü ölkə isə Kanada olub.