Bakı. Günaydın:
İtaliyanın hüquq-mühafizə orqanları “Amazon” elektron ticarət şirkətinin fəaliyyətini yoxlayır.
Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
<!—-> <!––>
Məlumata görə, şirkət 1,2 milyard avro həcmində maliyyə fırıldaqçılığında şübhəli bilinir. Təhqiqat 2024-cü ildə başlasa da, məlumat bu gün ictimailəşdirilib.
“Amazon” şirkəti məsələyə münasibət bildirməkdən imtina edib.