Bakı. Günaydın:
HƏMAS gələcəkdə Qəzzanı idarə etməyi planlaşdırmır.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu barədə Misirin “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb.
Mənbənin sözlərinə görə, radikal təşkilatın nümayəndələri təsdiqləyiblər ki, atəşkəs sazişinin hər üç mərhələsində ona əməl etmək niyyətindədirlər və gələcəkdə Qəzza zolağının idarə olunmasında iştirak etməyəcəklər.
<!—-> <!––>
“Misir hazırda anklavın sakinlərinə yardım göstərilməsi və onun bərpasına cavabdeh olacaq müvəqqəti komitənin yaradılması ilə bağlı intensiv danışıqlar aparır. Əlavə məlumat verilmir”.
HƏMAS hələlik bu xəbərlərə münasibət bildirməyib.