Bakı. Günaydın:
Livanın baş naziri Navaf Salam Beyrut Beynəlxalq Hava Limanına gedən magistral yolda BMT-nin sülhməramlı karvanına cinayətkar hücumu pisləyib.
Trend-in məlumatına görə, bu barədə hökumətin mətbuat xidməti bildirib.
Livanın baş naziri BMT-nin Livandakı Xüsusi Koordinatoru Janin Hennis-Plassxart və BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) komandanı general Haroldo Lasaro Saens ilə əlaqə saxlayıb.
<!—-> <!––>
“Baş nazir Salam onlara bildirib ki, o, daxili işlər nazirinə hücum edənləri həbs edib tədbir görülməsi üçün səlahiyyətli məhkəmə orqanlarına təhvil verməyi tapşırıb”, – deyə qeyd olunub.
Hennis-Plassxart “Livanda sabitliyi qorumaq üçün daim çalışan və tez-tez öz missiyasını yerinə yetirərkən böyük risklərlə üzləşən” “mavi dəbilqəlilər” karvanına hücumu tamamilə qəbuledilməz adlandırıb.