Bakı. Günaydın:
Qəzzada atəşkəs razılaşmasının ikinci mərhələsi üzrə danışıqların gələn həftənin əvvəlində başlayacağı gözlənilir.
Trend-in məlumatına görə, bu barədə HƏMAS Siyasi Bürosunun sözçüsü Taher əl-Nunu deyib.
<!—-> <!––>
“Razılaşmanın ikinci mərhələsi üzrə danışıqların gələn həftənin əvvəlində başlayacağı gözlənilir”, – deyə o bildirib.
Əl-Nunu əlavə edib ki, razılaşmanın birinci mərhələsinin icrası çərçivəsində vasitəçilər fələstinlilərin müvəqqəti yerləşdirilməsi üçün daha çox çadır və qoşquların, eləcə də dağıntıların təmizlənməsi üçün ağır texnikanın Qəzzaya daxil olmasını təmin edəcəklərini vəd ediblər.