Bakı. Günaydın:
Rusiyanın yeddi hava limanında “Xalça” planı tətbiq olunub, təyyarələrin eniş və uçuşu qadağan edilib.
Trend bu barədə rus KİV-lərinə istinadən xəbər verir.
<!—-> <!––>
Məlumata görə, uçuş və enişlərə qoyulmuş qadağa Həştərxan, Vladiqafqaz, Volqoqrad, Qroznı, Kaluqa, Saratov və Ulyanovsk aerportlarında qüvvəyə minib.
Buna səbəb hava məkanında pilotsuz uçan aparatların olmasıdır.