Bakı. Günaydın:
Səudiyyə Ərəbistanı Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüşə öz ərazisində ev sahibliyi etmək təklifini alqışlayıb.
Trend-in məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi bildirib.
Ölkə rəhbərliyi siyasətçilərin fevralın 12-də apardıqları telefon danışığını, həmçinin Səudiyyə Ərəbistanında onların iştirakı ilə sammitin keçirilməsinin mümkünlüyü barədə bəyanatı alqışlayıb.
<!—-> <!––>
“Krallıq Səudiyyə Ərəbistanında keçirilən sammiti alqışlayır və Rusiya ilə Ukrayna arasında sülhə nail olmaq üçün davam edən səylərini təsdiqləyir”, – deyə qeyd olunub.
Xarici İşlər Nazirliyi xatırladıb ki, krallıq artıq Kiyev və Moskvaya böhranın siyasi həllinə nail olmaq üçün “yaxşı xidmətlərini” təklif edib.