Bakı. Günaydın:
Tbilisinin mərkəzində fevralın 15-də axşam saatlarında hökumət əleyhinə yürüş təşkil edilib.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, Avropa meydanında toplaşan mindən çox etirazçı Kür sahili ilə parlament binasının yaxınlığında yerləşən Azadlıq meydanına doğru irəliləyiblər.
<!—-> <!––>
Hüquq-mühafizə orqanlarının əməkdaşları yürüş iştirakçılarının hərəkətinə mane olmamışdır.
Etirazçılar əvvəlki aksiyalar zamanı saxlanılanların azadlığa buraxılmasını və təkrar parlament seçkilərinin təyin edilməsini tələb edirlər.