Bakı. Günaydın:
Türkiyənin xarici işlər naziri Hakan Fidan Almaniyada keçirilən Münxen Təhlükəsizlik Konfransı çərçivəsində suriyalı həmkarı Əsəd Həsən Şeybani ilə görüşüb.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən məlumat verilib.
<!—-> <!––>
Görüşdə tərəflər Suriyanın bərpası məsələsini müzakirə ediblər. Eyni zamanda, ölkədə davam edən hökumətin qurulması, eləcə də İŞİD, PKK, YPG terror təşkilatlarına qarşı mübarizə məsələləri də müzakirə edilib.