Daşkənd. Trend:
“Uzbekistan Airways” hava yolları şirkəti Daşkənd-Bakı-Daşkənd marşrutu üzrə hava reyslərinin sayını artıracaq.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, aprel ayından başlayaraq aviareyslərin sayı həftədə dörd dəfəyə qədər artırılacaq.
<!—-> <!––>
Məlumata görə, hazırda aviadaşıyıcı bu marşrut üzrə həftədə üç dəfə – çərşənbə axşamı, cümə axşamı və bazar günləri uçuşlar həyata keçirir.
Qeyd edək ki, “Azərbaycan Hava Yolları” (AZAL) Bakıdan Daşkənd və Səmərqəndə müntəzəm reyslər həyata keçirir. Daşkəndə uçuşlar həftədə beş dəfə – bazar ertəsi, çərşənbə, cümə axşamı, şənbə və bazar günləri həyata keçirilir. Səmərqəndə uçuşlar həftədə iki dəfə – çərşənbə axşamı və cümə günləri həyata keçirilir.