Bakı. Günaydın:
Son həftələrdə Egey dənizində intensivləşən seysmik aktivlik səbəbindən Santorini adasından sonra Yunanıstanın Niyoz adasında da fövqəladə vəziyyət elan edilib.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
<!—-> <!––>
Məlumata görə, Yunanıstan Mülki Müdafiə üzrə baş katibi Vasilis Papayeorgiunun qərarı ilə Niyoz adası da fövqəladə vəziyyət elan edilən bölgələr sırasına daxil edilib. Adada fövqəladə vəziyyət martın 14-dək davam edəcək.
Xatırladaq ki, Yamurgi və Anafiya adalarında bu həftə, Santorini adasında isə ötən həftə fövqəladə vəziyyət elan edilmişdi.