Bakı. Günaydın:
Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-yə Ukraynanın faydalı qazıntı ehtiyatlarının 50 faizinə sahib olmaq hüququnu verən sazişi imzalamaqdan imtina edib.
Trend-in məlumatına görə, bu barədə “Washington Post” qəzetinin icmalçısı Coş Roqin Amerika qanunvericilərinə istinadən “X” sosial şəbəkəsində yazıb.
<!—-> <!––>
“Münhendəki bir neçə qanunverici mənə dedi ki, ABŞ Konqresinin nümayəndə heyəti Zelenskiyə imza atmasını istədikləri sənəd verib”, – deyə jurnalıst bildirib. Onun sözlərinə görə, bu sənəd ABŞ-yə Ukraynanın gələcək faydalı qazıntılar ehtiyatlarının 50 faiz sahiblənmə hüququnu verirdi.
“Zelenski nəzakətlə onu imzalamaqdan imtina etdi”, – deyə Coş Roqin yazıb.